`Rusiya yeni sualtı qayıqlar düzəldir` - Putin canlı yayımda mesaj verdi


20:33     23 Dekabr 2016 125putindaad.jpg

Rusiya prezidenti Vladimir Putin canlı yayımda bəyan edib ki, Rusiya ona hücum edə biləcək istənilən ölkədən güclüdür.



Putin deyib ki, Rusiyada yeni sualtı qayıqlar və təyyarələr düzəldilir.

Onun sözlərinə görə, ABŞ-ın silahı çoxdur, lakin Rusiya heç bununla mübahisə belə etmir. Putin bir daha vurğulayıb ki, Rusiya istənilən qüvvədən güclüdür.

“Trampa gəldikdə isə o, daha əvvəl də ABŞ-ın nüvə silahının artırılmasından danışırdı. Ən təəccüblüsü isə hazırkı ABŞ Administrasiyasının bəyanatıdır. Onlar dərhal ən güclü silahlı qüvvələrin ABŞ-da olduğunu sübut etməyə çalışırlar. Heç kim buna dair mübahisə aparmır”, - deyə Putin vurğulayıb.



Femida.az-ın məlumatına görə, canlı yayım yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 13:00-da) başlayıb.

Putin ənənəvi tədbirində ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatına aid olan, həmçinin beynəlxalq vəziyyətlə bağlı sualları cavablandırır.

Mətbuat konfransı "Rossiya1", "Rossiya24", telekanalları, "Mayak" radiostansiyası, "FM Xəbərləri" və "Rusiya Radiosu" ilə canlı yayımlanır.


Açar sözlər:

Oxunub: 1904